Marat Safini döyənlər məlum oldu - 18 Января 2009 - ::Web Dizayner::Elton
Главная » 2009 » Январь » 18 » Marat Safini döyənlər məlum oldu
17:39
Marat Safini döyənlər məlum oldu
Rusiyalı tennisçi Marat Safin tanınmış rejissor Fyodor Bondarçukun oğlu ilə davada sifətindən xəsarət alıb. Lent.az-ın “life.ru”ya istinadən məlumatına görə, hadisə ötən ilin sonlarında Moskvadakı gecə klublarından birində baş verib.
M.Safin klubda müğənni rəfiqəsi Nastya Osipova ilə birgə olub. Şahidlər tennisçinin həddən artıq spirtli içki qəbul etdiyini bildiriblər. O, rəqs meydançasına gedərkən, kiməsə dəyib. Həmin şəxs F.Bondarçukun 18 yaşlı oğlu Sergey olub. Bununla da başlanan mübahisə toqquşmaya çevrilib. Dostları S.Bondarçukun köməyinə çatıb. Onlar 6 nəfər M.Safinin üstünə tökülərək, onu əməllicə əzişdiriblər.
Qeyd edək ki, hadisə nəticəsində tennisçinin gözünün altı göyərib. O, sifətindəki əlamətlərin səbəbini “Lazım olmayan vaxtda lüzumsuz yerdə olması” ilə əlaqələndirərək, konkret açıqlama verməkdən imtina edib.
Просмотров: 717 | Добавил: DarkNight | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Поиск

Опрос

saytimiza xeber elave edirsiz?
Всего ответов: 47

Статистика

Публикации
Информер

Онлайн
Информер

Счётчик
Информер

Пользователи
Информер

Случайный Файл

Информер

Мы в Топах

Информер

Категория

Мини-Чат

500

Популярное

Информер

На форуме...

Информер